“Quru sərhədlər 22 iyun tarixinə kimi açılmalıdır”

saytların hazırlanması

Evə çatdırılma

“Quru sərhədlər 22 iyun tarixinə kimi açılmalıdır”

Sosial

20 İyun 2022 11:47 1171


"Quru sərhədlərin açılmasına əsas kimi, digər ölkələrdə epidemioloji şəraitin izlənməsi, tamamilə əsassız və məntiqsiz yanaşmadır. Quru sərhədlər 22 iyun tarixinə kimi açılmalıdır".

Yenisabah.az xəbər verir ki, bunu Tibb elmləri doktoru, professor Musa Qəniyev deyib.

Professorun fikirini belə izah edib: pizza

"Hərgah buna indi yox, məsələn, iyul ayının 3-cü ongünlüyündən sonra gedilərsə, günəşin yay ekliptik vəziyyəti- spektral şüalanmanın dominant virusa təsirinin xronoloji fərqliliyi səbəbindən, biz çox ciddi və arzuolunmaz hallarla üzləşə bilərik. Çünki, yaxın ünsiyyətin kütləviləşməsi, növbəti fəsli dəyişiklik zamanı, yəni payızda, Covid 19 olmasa da, aqressivləşmiş digər fəsli aktiv viral infeksiyalardan birinin, nəzarətə çətin götürülə biləcək, mütləq artımına səbəb ola bilər. Bu isə, psixoloji durumu hazırda nisbi də olsa normallaşmağa başlayan insanlara, əsil faciə yaşadar. Biz bunu unutmamalıyıq. Mən bunları bir daha xatırlatmağı özümə mənəvi borc bildim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!