Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Quş qripi“ səbəbi ilə 410 min toyuq məhv ediləcək
10 Fev 2021 15:26
327

“Quş qripi“ səbəbi ilə 410 min toyuq məhv ediləcək

Əlcəzairdəki fermaların "quş qripi"nə rast gəlinib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə danışan Əlcəzair Kənd Təsərrüfatı Naziri virusun mənbəyinin köçəri quşlar olduğunu bildirib.  

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ölkənin şimal-şərqindəki  fermalardan birində "quş qripi"nin olduğunu açıqladıqdan sonra ölkədə fövqəladə vəziyyət elan edilib.

Bölgədə "quş qripi" səbəbilə 50 min quşun öldüyü və 1200 quşun virusu yaymaması üçün məhv edildiyi bildirilir.

"Quş qripi" həmçinin Yaponiyada da aşkarlanıb. Virusa Tokyo da daxil olmaqla Çiba bölgəsində rast gəlinib.   

Yaponiyanın Çiba bölgəsindəki "quş qripi"nin insanlar arasında da yayılma riski nəzərə alınaraq 410 min toyuğun məhv ediləcəyi açıqlanıb. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər