Qusarda ev oğrusu həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Qusarda ev oğrusu həbs edildi

Kriminal

22 Fevral 2019 02:54 1409


Qusar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək, sahiblərinə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb. 

“Yeni Sabah” xəbər verir ki, araşdırmalarla onun rayon sakini, əvvəllər məhkum olunmuş Şahin Əfəndiyev olduğu müəyyən edilib. Dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Ş.Əfəndiyev, M.Sultanovaya məxsus Balaqadaşov küçəsində yerləşən fərdi yaşayış evinin açarını gizli yolla əldə etdiyini və müxtəlif vaxtlarda evə qanunsuz daxil olaraq oğurluqlar törətdiyini bildirib. Ümumilikdə ev sahibinə beş min manata qədər maddi ziyan vuran Ş.Əfəndiyev, həmin evdən 1 ədəd televizor, 1 ədəd paltaryuyan, 1 ədəd soyuducu, 1 ədəd qaz sobası və digər məişət avadanlıqları oğurlayıb.

Bundan əlavə həmin şəxsin ətraflarında aparılan tədbirlərlə onun 2018-ci ilin noyabr ayında şəhərin A.Xammətov küçəsində yerləşən evlərin birindən dəyəri 350 manat olan “Pegasus Tecaro SL” markalı velosiped oğurladığı da məlum olub. Pepperoni pizza

Faktlarla bağlı Qusar RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!