Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Quyruğunuz varsa, kəsmək də olar” - Deputatdan İrana cavab
21 Sen 2021 01:43
1529

“Quyruğunuz varsa, kəsmək də olar” - Deputatdan İrana cavab

"Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, torpaqlarını işğaldan azad edib və sərhədlərini müəyyən edib. Kim bizim ərazi bütövlüyümüzü pozursa, biz onları cəzalandırırıq. Bu istər İranın xoşuna gəlsin, istər gəlməsin. İstər xətrinə dəysin, istər dəyməsin. Ey hörmətli qonşu İran İslam Respublikası, ermənilər ötən 30 ildə işğalda olan Azərbaycan torpaqlarında islam mədəniyyətinə aid bütün abidələri dağıdıblar. Hətta belə olan halda da, biz hərdən bir iradımızı bildirsək də, xətrimizə dəymir. İndi İran nə çox dəymədüşər oldu?!"

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan İranın daxili işlərinə qarışmır, sərhədlərini pozmur: "Azərbaycan öz ərazisində polis postu yaradıb və oradan keçən nəqliyyat vasitələrini yoxlayır. Burada qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, İrandan Ermənistana gedən yolun bir hissəsi Azərbaycan ərazisindən keçdiyinə görə suveren müstəqil dövlət kimi öz ərazimizdə yoxlama işini həyata keçiririk. Bu proses İranda, Ermənistanda və Rusiyada da bu cür icra edilir. Əvvəllər İrandan gələn maşınlar Azərbaycanı qeyri-qanuni keçirdilər. İndi isə dəyişən odur ki, qanun-qaydaya əməl edilir. Burda İranın xətrinə dəyəsi nə var ki? Müharibədən əvvəl də, elə indi də İrandan Ermənistana silah-sursat danışır, amma heç Azərbaycan İrana təhdidlə cavab vermir. Azərbaycanın heç xətrinə dəymir, İranın nə tez xətrinə dəydi?! Deyirlər, şirin quyruğu ilə oynamaq olmaz. Əgər quyruğunuz varsa, lazım gəlsə onu kəsmək də olar. Bilmək lazımdır ki, biz sadəcə öz ərazi bütövlüyümüzü qoruyuruq"./Pravda.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər