Rafael ilə Coşqun Fərdanın cavabını verdi - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Rafael ilə Coşqun Fərdanın cavabını verdi - VİDEO

Şou

16 Mart 2023 16:01 1513


Bir müddət əvvəl aktyor və "stand-up"çı Fərda Aminin "İnsanları güldürmək üçün qadın paltarı geyinmərəm" fikirlərinə "Bu şəhərdə" estrada teatrının üzvləri Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovdan cavab gəlib.

Yenisabah.az Bizim media-ya istinadla xəbər verir ki, aktyorlar qalmaqallı mövzuya "Şou xəbər" verilişinə müsahibəsində münasibət bildiriblər:

"Hamı gözəl bilir ki, biz qadın obrazlarını səhnədə nümayiş edirik. Kimsə piar olmaq üçün bu cür mövzu ilə gəlir gündəmə. Bu mövzu çox cılızlaşıb... Nə istəyirlər danışsınlar, özləri bilər. Allaha şükür ki, biz həyatda normal insanlarıq. Qadın obrazlarını səhnədə göstəririk. pizza sifarişi

Burada qadını da, kişini də, uşağı da, nənəni də, babanı da, siyasətçini də, aparıcını da oynamalıyıq. Parodiyalar da etməliyik. Hərənin öz tamaşaçısı, yolu və yanaşması var. Çalışmaq lazımdır ki, zövqlü iş təqdim edəsən. Tamaşaçının ruhunu oxşayasan", - deyə aktyorlar vurğulayıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!