Ramazan bayramı ərəfəsində qazilər ziyarət olundu -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ramazan bayramı ərəfəsində qazilər ziyarət olundu - Fotolar

Sosial

12 May 2021 15:27 1591


Suraxanı rayonunda Vətən müharibəsi qazilərinin və Şəhid ailələrinin sosial problemlərinin həll olunması, onlara mənəvi dəstək göstərilməsi xüsusi diqqətdə saxlanılır.

Yenisabah.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və dəstəyi ilə rayonun təhsil müəssisələrinin kollektivləri tərəfindən Vətən müharibəsində sağlamlığını itirən qazilərimizin Ramazan bayramı ərəfəsində də ziyarət olunması davam etdirilib.

Növbəti dəfə RIHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları E.Qaranzadə adına 270 nömrəli tam orta məktəbin kollektivi ilə qazimiz Hövsan qəsəbə sakini Atakişiyev Hüseyn Əfqan oğlunu və Vaqif Mirzəliyev adına 281 №li tam orta məktəbin kollektivi ilə qazimiz Əmircan qəsəbə sakini Fətullayev Məhəmməd Rövşən oğlunu ziyarət edib, onların səhhəti ilə maraqlanıb və ərzaq yardımı göstəriblər. pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!