Repçi Nabil Nabranın ailəsinə ağır itki üz verib.
Yenisabah.az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra repçinin bibisi nəvəsi gənc yaşda dünyasını dəyişib.
Bu haqda reper sosial şəbəkə hesabında məlumat verib: Dominos pizza
“Muradımızı itirdik. Nə qədər çalışsaq da, “Elgizlə izlə” proqramının çəkiliş heyəti də əziyyət çəksə, doğma qardaşı Sahib qara ciyər donoru olsa, xeyirxah Azərbaycan xalqı onun sağalması üçün maddi yardim göstərsə də, əfsuslar olsun ki, ölüm qalib gəldi. Allah onun valideynlərinə, biz qohumlarına səbr versin. Gündən-günə saralıb-solan canına şəfa tapmağa çalışdıq. Amma alınmadı. Deməli, bəxti belə imiş. 20-ci baharını görmədən payıza çevrilmək”.
Telegram kanalımız