Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Ramiz Mehdiyevin istefa ərizəsi sabah Prezidentə təqdim olunacaq

Sosial

18 Fevral 2022 16:59 1041


“Sabahkı iclasda Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidentinin vəzifədən istefa verməsi məsələsi müzakirə olunacaq”.

Yenisabah.az xəbər verir ki, bu barədə Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.  

O xatırladıb ki, AMEA prezidenti Ramiz Mehdiyev istefa verməsi barədə Rəyasət Heyətinə müraciət etmişdi: pizza mizza

“Rəyasət Heyətinin üzvləri həmin müraciətə baxıb onu məqsədəuyğun saydılar. Sabah işdən çıxması məsələsi dəqiqləşdiriləcək. Sabah iclasda qəbul olunan qərar yuxarı instansiyalara göndəriləcək. Yəqin ki, sabah prezidentə təqdim ediləcək. AMEA-nın prezidentliyinə namizədlərin kim olacağı barədə bir fikrim yoxdur. Öncəgörmə ilə məşğul deyiləm. Bununla maraqlanmıram".

Özünün AMEA prezidentliyinə namizədliyinə gəlincə, İ.Həbibbəyli bunu xoş qarşılamadığını deyib:

"Ümumiyyətlə müxtəlif şəxslərin namizədliyilə bağlı adlarının hallanması xoş məsələ deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə məsələlərə baş qoşmuram”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!