Ramzan Kadırov artıq “Xalqın atası“ titulu daşıyır

saytların hazırlanması

Evə çatdırılma

Ramzan Kadırov artıq “Xalqın atası“ titulu daşıyır

Dünya

10 Fevral 2023 17:58 806


Çeçenistan parlamenti Çeçenistan konstitusiyasında respublika rəhbərinin “Mex-Da” (“Xalqın atası”) adlandırılmasına dair düzəliş qəbul edib.

Yenisabah.az “Kavkaz.Realii”yə istinadla xəbər verir ki, bu barədə parlamentin spikeri, "Lord" ləqəbli Maqomed Daudov danışıbb.

O, belə bir düzəlişin çeçen dilində “vilayət başçısı titulunun istifadəsində vahidliyi müəyyən etmək” məqsədilə qəbul edildiyini bildirib. Dördpendirli pizza

Maqomed Daudov və daha 20 deputat konstitusiyaya dəyişiklikləri yanvarın əvvəlində parlamentə təqdim etsə də, sənədə yalnız fevralda diqqət ayrılıb.

Eyni zamanda, Daudov bildirib ki, “Mex-Da” anlayışı Çeçenistan sakinləri arasında “tarixi olaraq formalaşıb” və “respublikanın ən yüksək vəzifəli şəxsi” kimi tərcümə olunur. 

“Mehk-Da” xalqına cavabdeh olan liderin mənasını ən doğru şəkildə çatdırır”, - deyə Maqomed Daudov bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!