Rayonlara gediş-gəlişin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA
15 Avq 2020 13:51
911

Rayonlara gediş-gəlişin açılması ilə bağlı - RƏSMİ AÇIQLAMA

"Rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

“Yeni Sabah” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, yekun qərarla bağlı məlumat vermək hələ tezdir: "Rayonlarda olan epidemioloji vəziyyət çox incəliyi ilə araşdırılır. Görünən odur ki, hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir. Bu məqamlar araşdırılır. Rayonlar məsələsi növbəti dəfə müzakirə mövzusu ola bilər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər