“Real”ın geriləməsinin səbəbi məlum oldu: Zidan futbolçularla danışmır
22 Yan 2021 10:52
378

“Real”ın geriləməsinin səbəbi məlum oldu: Zidan futbolçularla danışmır

“Real”ın baş məşqçisi Zinəddin Zidan bir neçə aydır futbolçularla danışmır.

Yenisabah.az xəbər verir ki, bu barədə İspaniyanın “Marca” nəşrinin jurnalisti Feliks Dias məlumat yayıb.

O, oyunçuların 48 yaşlı mütəxəssislə danışmaqda çətinlik çəkdiklərini deyib.

“Zidanın “Real”dakı vaxtının bitdiyini göstərən bir sıra problemlər var. Məşqçinin mesajı futbolçulara çatmır. Matçdan sonra bəzi oyunçular mənə Zidanın iki-üç aydır ki, onlarla danışmadığını, onlara məhəl qoymadığını dedi”.

“Real” ötən gün İspaniya kubokunda 3-cü liqa təmsilçisi “Alkoyano”ya uduzaraq (1:2), mübarizəni dayandırıb. Komanda La Liqada lider “Atletiko”dan 4 xal geri qalır və 2-cidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər