Rəisin qardaşı Xəzərdə həlak oldu - Meyiti axtarılır

saytların hazırlanması

Evə çatdırılma

Rəisin qardaşı Xəzərdə həlak oldu - Meyiti axtarılır

Hadisə

18 Noyabr 2019 10:49 1013


Xəzər dənizində neftçi itkin düşüb.

"Yeni Sabah" bildirir ki, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.

Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. pizza sifarişi

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, “Azgerneft” MMC-nin işçidir: “İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!