“Qanunun tələbləri yerinə yetirilmir, tütün məmulatlarından istifadə açıq şəkildə təbliğ edilir. Məsələn, bu yaxınlarda ən çox müzakirə mövzusu olan “Əqrəb mövsümü” serialında tütündən istifadə prosesi özünün kulminasiya nöqtəsinə çatmışdı. Xəbərdaredici hissə əvvəldə qeyd olunsa da, dərhal yaddan çıxır”.
Yenisabah.az Lent.az-a istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Mədəniyyət Komitəsində İTV-nin Yayım Şurasının üzvlüyünə namizədləriin müzakirəsi zamanı o, televiziya məkanında tütündən istifadənin qadağan edildiyini yada salıb. Toyuqlu pizza
“Əqrəb mövsümü” serialının rejissoru Emil Quliyev iradları müəyyən qədər haqlı hesab eləsə də, bunun sənət naminə edildiyini bildirib:
“Adətən, seçimi aktyorlara verirəm. Aktyorun oyununa görə siqaretdən istifadəyə yer verilir. Obrazı daha canlı verə bilməsi üçün. Filmdə aktyorun siqaret çəkməsi təkcə bizdə görünməyib. Sovet dövründə filmlərdə siqaret görünmürdümü? Burda nə var ki?! Məndən olsa, deyərəm, olmasın.
Aktyor obrazı açmaq üçün siqaretdən istifadə eləmək istəmirsə məcburiyyət yoxdur. İnsanlar həyatda siqaret çəkmirlər? Aktyr da adi insan həyatını təsvir edir. Biri çəkir, biri çəkmir. Şerlok Holms siqaret çəkmirdi? Uşaqlıqdan bizə filmlərdə siqaret göstərmyiblər? Elə bizim filmdə bu təbliğat sayıldı?
Mən filmdə obrazın xarakterini açmaq üçün siqaret çəkilməsini təbliğat hesab eləmirəm”.
Telegram kanalımız