Rəqqasə Renka: “Ərimdən boşanandan sonra qaynanamla…”

saytların hazırlanması

Evə çatdırılma

Rəqqasə Renka: “Ərimdən boşanandan sonra qaynanamla…”

Şou

30 Oktyabr 2022 08:27 40627


"Həyat yoldaşımdan boşanandan sonra qaynanamla çox yaxın olmuşam".  

“Yeni Sabah” Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri "Renka" ləqəbi ilə məşhurlaşan oriental rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova qonaq olduğu "Səhər mərkəzi" verilişində deyib.  

Rəqqasə boşandığı həyat yoldaşının anası ilə münasibətlərindən söz açıb:   pizza mizza

"Allah qaynanama rəhmət eləsin. O, çox pis xəstəlikdən dünyasını dəyişdi. Çox gözəl insan idi. Hətta həyat yoldaşıma söyləyirdim ki, səni dünyaya gətirən ananı çox sevirəm. Ona davamlı deyirdim ki, anana zəng et onunla maraqlan, diqqətdən kənar qoyma. Üç oğul böyütmüşdü. Güclü qadın idi".  

Qeyd edək ki, Rəna Ağamuradovanın ilk evliliyindən 15 yaşlı Murad adında oğlu və 13 yaşlı Namiliya adlı qızı var.     


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!