Rəşad Dağlı üzr videosundan danışdı: “Məni kimsə məcbur etməyib, dərəbəylik deyil ki...” - Video

saytların hazırlanması

Evə çatdırılma

Rəşad Dağlı üzr videosundan danışdı: “Məni kimsə məcbur etməyib, dərəbəylik deyil ki...” - Video

Şou

17 May 2022 20:11 2154


“Videoda açıq aydın görünür ki, orada son söz, mömin qardaşlara ünvanlanır. Deyişmədən sonra açıqlamanı sözümdən inciyən həmin mömin dostların könlünü almaq üçün vermişəm. Yoxsa kimsə məcburi şəkildə mənə zəng etsin, desin ki, “sən bunu niyə belə demisən?”, belə bir şey olmayıb. İndi hansı dövrdə yaşayırıq, dərəbəylik deyil ki, kimsə kimisə nəyəsə məcbur etsin. Videomüraciətdə heç bir məcburiyyət olmayıb”.

Yenisabah.az xəbər verir ki, bunu tanınmış meyxanaçı Rəşad Dağlı Xomeyni ilə bağlı səsləndirdiyi fikrə görə üzr istəməsindən danışarkən deyib.

“Bir var ki, səndən inciyən tanışların hər birinə zəng edib könlünü alasan, bir də var ki, bütün inciyən dostlarına, tanışlarına müraciət edəsən. Görürəm ki, sosial şəbəkələrdə insanlarda belə təəssürat yaranıb ki, sanki kimsə məni buna məcbur edib, ancaq elə bir şey yoxdur. Videodan da görünür ki, bu, məcburi şəkildə verilmiş bir açıqlama deyil. Bunu etmək, sadəcə, ürəyimdən gəldi, çünki bəzi dostlarımın, tanışlarımın xətrinə dəymişdi və bu, yalnız onların könlünü almaq üçün edilən bir açıqlama idi”, - deyə R.Dağlı qeyd edib. Marqarita pizza

/Pravda.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!