Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi -   SƏRƏNCAM

saytların hazırlanması

Evə çatdırılma

Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edildi - SƏRƏNCAM

Siyasət

10 Fevral 2026 15:33 695


Rəşad Sahil oğlu İsmayılov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.

“Yeni Sabah” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

47 yaşlı R.İsmayılov bundan əvvəl ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışıb. O, son bir ildə nazir vəzifəsini icra edib.  Dördpendirli pizza

Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il fevralın 5-də imzaladığı sərəncamla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəzifəsindən azad edilib. Həmin vaxtdan bu vəzifə boş idi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!