Rəsmi Bakı: Ermənistanın militarist siyasəti ciddi şübhələr yaradır

saytların hazırlanması

Evə çatdırılma

Rəsmi Bakı: Ermənistanın militarist siyasəti ciddi şübhələr yaradır

Siyasət

16 Yanvar 2025 17:38 163


Azərbaycan Ermənistanla sülh sazişi üzrə yüksək nəticələrə, eyni zamanda, delimitasiya prosesində inkişafa nail olsa da, Ermənistanda revanşist meyillərin olması, bu dövlətin militarist siyasət yürütməsi və Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları saxlaması bizdə ciddi şübhələr yaradır.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, bundan başqa azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə də müzakirələr aparılıb: “Hesab edirik ki, Gürcüstan şirkətləri də azad edilmiş ərazilərdə yaradılan şəraitdən faydalana bilərlər”. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!