"İstənilən regional və beynəlxalq hadisələrdən asılı olmayaraq, Çin İranla dostluq və əməkdaşlığını möhkəm və sarsılmaz şəkildə davam etdirəcək".
Yenisabah.az “Global Times”a istinadla xəbər verir ki, bunu Çin prezidenti Si Zinpin bildirib.
O, rəsmi səfərlə Pekinə gəlmiş iranlı vəzifədaşı İbrahim Rəisi ilə görüşündə vurğulayıb ki, ölkəsinin İranla əməkdaşlıqda “Bir kəmər-Bir yol” təşəbbüsünü həyata keçirmək, İranla kommunikasiya və əlaqə şəbəkələrini yaxşılaşdırmaq və İrandan daha keyfiyyətli kənd təsərrüfatı məhsulları idxal etmək istəyi və iradəsi var. pizza mizza
Zinpin əlavə edib: "Çin nüvə sazişinin (JCPOA) canlandırılması üçün danışıqlarda konstruktiv iştirakını davam etdirəcək. Rəsmi Pekin İranın qanuni hüquqlarını qorumaqda və nüvə probleminin mümkün qədər qısa zamanda uyğun həllini inkişaf etdirmə səylərini dəstəkləyir.
Regional və beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq, Çin İranla dostluq əməkdaşlığını qətiyyətlə inkişaf etdirəcək və Çin-İran hərtərəfli strateji tərəfdaşlığının davamlı inkişafına kömək edəcək".
Telegram kanalımız