Rəsmi Tehran İsfahan şəhərindəki hərbi zavoda PUA-nın hücumlarını araşdırmaq üçün Moskvadan kömək istəməyib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O deyib: “Hələ ki, rəsmi xətt vasitəsilə bizə belə müraciətlər olmayıb”. pizza
Xatırladaq ki, yanvarın 29-na keçən gecə İranın İsfahan əyalətində yerləşən müdafiə müəssisələrindən birinə hücum edilib. İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyindən verilən açıqlamaya görə, müdafiə sistemləri ilə dayandırılan pilotsuz təyyarənin hücumu nəticəsində xəsarət alan olmayıb, dəymiş ziyan cüzi olub.
İsrailin “The Jerusalem Post” qəzeti də öz növbəsində yazıb ki, Qərb kəşfiyyat cəmiyyətinin məlumatına görə, zərbələrin vurduğu zərər İranda elan ediləndən xeyli çox olub.
Telegram kanalımız