“Texnologiyanın yüksək inkişafı cəmiyyətin bütün sahələrinə təsir. İnsanın özü belə robotlaşır. Texnoloji inkişaf birmənalı olaraq, futbola da təsirsiz ötüşmür. Futbol texnologiyadan geri qala bilməz”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında Aut.az saytının rəhbəri, tanınmış idman jurnalisti Natiq Muxtarlı bildirib.
Onun sözlərinə görə, dünya çempionatında texnologiyanın tətbiqi futbolda hakim səhvlərinin qarşısını alır: Sezar pizza
“Hazırda belə bir tendensiya var ki, köhnə nəsil yeni nəsli qəbul etmir. Orta və yaşlı insanların gözündə gənclər və yeniyetmələr sosiallıqdan uzaq, özünə qapalı həyat tərzi sürürlər. Lakin gənclərin özü üçün bu əsla belə deyil. Onların özündən soruşsanız, bu həyat tərzindən olduqca məmnundurlar. Futbol da belədir.
Əvvəllər oyunda baş verən hakim səhvlərinə ciddi etiraz edirdik. İndi isə texnoloji inkişafın hesabına həmin səhvlərin qarşısını almaq mümkündür. Amma yenə də etiraz edirik. Bu, bəlkə də həyatın qanunauyğunluğudur. İnsan həmişə etiraz etməyə birşey tapır. Ancaq gəlin qəbul edək ki, futbolun texnologiyadan kənarda qalması heç cür mümkün deyil. Üstəlik təkcə futbolda yox, bütün idman növlərində texnologiya tətbiq olunur”.
İdamn yazarı vurğulayıb ki, köhnə nəslin futbol azarkeşləri birmənalı şəkildə son illərin texnoloji yeniliklərini qəbul etmir:
“Hazırki mundialda hakimlərin müxtəlif texnoloji aparatlarla meydana çıxması azarkeşlər üçün qəribə görünür. Lakin qalmqallı və yanlış qərarlara yol verməmək üçün bu yenilik mütləq lazım idi. Köhnə nəslin futbol azarkeşləri birmənalı şəkildə son illərin texnoloji yeniliklərini qəbul etmir. Amma gənc azarkeşlərin çoxu hazırki qaydalardan razıdır. Çünki onlar gözlərini açıb cari qaydaları görüblər.
İlk vaxtlar VAR sisteminə də ciddi etirazlar var idi. Sonralar bu texnologiyanın verdiyi düzgün və ədalətli qərarlar azarkeşlər tərəfindən rəğbətlə qarşılandı. Fikrimcə, zamanla hazırda tətbiq olunan yeniliklərə də öyrəşəcəyik. Amma futbol heç vaxt texnoloji yeniliklərdən kənar qala bilməz”.
Qeyd edək ki, dünya çempionatında hakimlərin istifadə etdiyi bədən kameraları (bodycam), mikrofon sistemləri və sensorlu ağıllı saatlar kimi yeni texnoloji avadanlıqlar azarkeşlər arasında ciddi mübahisələrə səbəb olur. Bir tərəf bu texnologiyaların oyunda şəffaflığı artırdığını, qərarların arxasındakı real səbəbləri anlamağa kömək etdiyini və hakimə qarşı aqressiyanı azaltdığını müdafiə edir. Digər tərəf isə bu avadanlıqların futbolun təbii axarını və emosiyasını pozduğunu, oyunu həddindən artıq mexanikləşdirdiyini və azarkeşlərin ənənəvi futbol ruhundan uzaqlaşdığını iddia edərək yeniliklərə mənfi yanaşır.
Nazim Hacıyev
Telegram kanalımız