Çeçenistan rəhbəri Ramzan Kadırov çeçenlərin qəddarlığı ilə bağlı bəyanatından sonra Papa Fransiskdən incimədiyini bildirib və həmçinin Vatikanın rəhbərinin dinə zidd olduğunu qeyd edib.
Yenisabah.az xəbər verir ki, o, fikirlərini “Rossiya 1” kanalında yayımlanan “60 dəqiqə” verilişində səsləndirib.
O bildirib: “Görürük ki, o, müstəqil insan deyil. Çünki bu gün icazə verdiyi şeyə din qəbul etmir, bu, dinə ziddir. Əgər dinə qarşı çıxırsa, haqqımızda belə şeylər deyirsə, nə danışa bilərik? Dördpendirli pizza
“Biz heç vaxt zorakılıq etməmişik. Döyüşçülər ən xeyirxah insanlardır, çünki özlərini başqaları üçün qurban verirlər. Sadəcə bunu başa düşmür. Bütün həyatı boyu bir monastırda yaşayıb və dünyada nə baş verdiyini bilmir. Mən ondan incimirəm, o, çox qocalıb”, – deyə Çeçenistan rəhbəri əlavə edib.
Xatırladaq ki, bundan əvvəl Roma Papası Fransisk bəyan etmişdi ki, o, çeçenləri və buryatları “Ukraynadakı rus qoşunlarının ən qəddar hissəsi” hesab edir.
Telegram kanalımız