Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı

saytların hazırlanması

Evə çatdırılma

Ronaldo otelinin qapılarını zəlzələdən zərər çəkənlərə açdı

İdman

10 Sentyabr 2023 10:28 618


Portuqaliya millisinin və "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonun Mərakeşdə yerləşən oteli ölkədə baş verən zəlzələdən zərər çəkənləri pulsuz qəbul edib.

Yenisabah.az “Marca”ya istinadla xəbər verir ki, 38 yaşlı forvardın "Pestana CR7 Marrakech" otelinin Mərakeşdə yerləşdiyi və 4 ulduz reytinqinə malik olduğu bildirilir.

Oteldə fitness mərkəzi, restoran və açıq hovuz da var. Otel ötən gün baş vermiş güclü zəlzələdən sonra zərər çəkənləri pulsuz qəbul edib.

Xatırladaq ki, Mərakeşdə dağıdıcı zəlzələ nəticəsində 2000-dən çox insan həlak olub, yüzlərlə insan yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!