“Ronaldonu yanımızda görmək istərdik“ – Messidən ismarıc

saytların hazırlanması

Evə çatdırılma

“Ronaldonu yanımızda görmək istərdik“ – Messidən ismarıc

İdman

03 Dekabr 2019 10:09 1037


"Barselona"nın futbolçusu Lionel Messi altıncı dəfə "Qızıl top" mükafatı qazanmasını şərh edib.

"Yeni Sabah" xəbər verir ki, mükafatı alan futbolçu hislərini belə ifadə edib:

"6-cı dəfədir ki, bunu yaşayıram. Bu inanılmaz hissdir. Buna görə mənə səs verənlərə xüsusi təşəkkür edirəm. Amma qeyd edim ki, bu mükafat məniç üçün özəldir, amma əsas komandamın uğurudur".

Messi "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun tədbirə qatılmamasına münasibət bildirərkən onu da mərasimdə görmək istədiyini söyləyib:

"Ronaldonu ilə yaxşı dostuq. Təbii ki, onu yanımızda görmək istərdim. Amma o da İtaliyada mükafat qazandı. Onu da buradan təbrik edirəm".

Xatırladaq ki, Ronaldo İtaliyada mövsümün ən yaxşı hücumçusu adını qazanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!