Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu?

saytların hazırlanması

Evə çatdırılma

Rövşən Nəcəf Özbəkistanın nazirləri ilə görüşdü: Hansı layihələr müzakirə olundu?

Siyasət

17 Sentyabr 2026 19:34 590


Sentyabrın 17-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov və energetika naziri Şerzod Xocayev ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında münasibətlərin "Əbədi dostluq" səviyyəsinə yüksəldiyi qeyd olunub. Bu xüsusda, Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin, o cümlədən enerji sahəsində tərəfdaşlığın dinamik inkişaf etdiyi bildirilib. Dördpendirli pizza

Söhbət zamanı Özbəkistanda SOCAR brendi altında yeni yanacaqdoldurma məntəqələrinin tikintisi layihəsi, həmçinin "Üstyurt" investisiya blokları üzrə görülən işlər nəzərdən keçirilib. Bu layihələrin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyi vurğulanıb.

Görüşdə SOCAR ilə Özbəkistan şirkətləri arasında əlaqələrin genişləndirilməsi, birgə investisiya layihələrinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!