Röya şəhidin sevgilisinə yazdığı sözlərə mahnı oxudu - Video

saytların hazırlanması

Evə çatdırılma

Röya şəhidin sevgilisinə yazdığı sözlərə mahnı oxudu - Video

Şou

10 Avqust 2022 23:10 3141


Xalq artisti Röya Ayxan şəhid Pərviz Əliyevin sevgilisinə yazdığı məktubun sözlərinə mahnı ifa edib. 

Yenisabah.az xəbər verir ki, şəhidin qardaşı Hikmət Əliyev həmin məktubu bəstəkar Fərid Kərimliyə göstərib. Bəstəkar məktubdakı sözlərə musiqi bəstələyib.

Mahnı “Yada düşürsən” adlanır. Xalq artisti Nurəddin Mehdixanlı isə şəhidə həsr olunan sözləri qiraət edib.  Marqarita pizza

Müğənni studiyada mahnını oxuduğu anları instaqramda paylaşıb.  

“Ürəyimdən gəldi, demo paylaşmaq istədim. Notlarda səhvim ola bilər. Fikir verməyin. Çünki sözlər ürəyimə toxundu”,- sənətçi bildirib.

Qeyd edek ki, Pərviz Həsən oğlu Əliyev Birinci Qarabağ müharibəsində iştirak edib. O, Füzuli rayonundan Aşağı Veysəlli, Dilağarda, Govşadlı kəndlərindən keçib. 5 aprel 1993-cü ildə Məngələnata yüksəkliyi uğrunda gedən döyüşdə şəhid olub.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!