Roza keçmiş həyat yoldaşından danışdı: “Mənə xəyanət etdi“   - Video

saytların hazırlanması

Evə çatdırılma

Roza keçmiş həyat yoldaşından danışdı: “Mənə xəyanət etdi“ - Video

Şou

09 Sentyabr 2021 13:22 2048


“Yoldaşımdan boşananda mənə deyirdilər ki, “məğlub oldun”. Dedim yox, əslində mən onu boş buraxmışdım deyə, o mənə xəyanət etdi”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli şəxsi həyatı ilə bağlı danışarkən deyib.

MTV telekanalında yayımlanan “Üzə-düz” verilişində qonaq olan sənətçi keçmiş həyat yoldaşının ona xəyanət etməsi barədə danışıb: Dominos pizza

"Mənə görə qadın heç vaxt məğlub olmur. Qadın pişik kimidir. 12-ci mərtəbədən də yerə düşsə, yenə ayaqları üstə qalxa biləcək. Yoldaşımdan boşananda mənə deyirdilər ki, məğlub oldun. Dedim yox, əslində mən onu boş buraxmışdım deyə, o mənə xəyanət etdi. Bir şey mənimdirsə, mənimdir. Əgər o, nəsə axtardısa, məni itirdi. Dostlar deyirdi ki, bəlkə mən özümü güclü göstərirəm. Mən həyata bir dəfə gəlirəm. Heç bir pis hərəkət etmədən ömrümü, günümü, həyatımı sənə vermişəm. Həmişə Allaha demişəm ki, mənim ömrümdən kəs ona cala. Əgər sən bunu itirdinsə, sən itirdin! Qısqanc deyiləm. Xəyanət edən şəxs özünü və sevdiyi şəxsi itirir. O kişi xəyanət edir ki, qadın ona izin verir. Çox sevsə idim, xəyanəti bağışlayardım. Vaxtında da bağışladım, amma bu dəfə fərqli idi. Ortada uşaq var idi!"

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!