Ötən gün maşını ilə Mərdəkan istiqamətində hərəkətdə olan müğənni Rüfət Axundov sözügedən yolda maksimal sürət həddi 90 olduğu halda, onu 127 km/saatla sürüb.
Yenisabah.az xəbər verir ki, müğənni bunu əks etdirən görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Bakı şəhər DYPİ-dən “Qafqazinfo”ya bildirilib ki, R.Axundovun idarə etdiyi avtomobili yol polisi əməkdaşları saxlayıb və müvəqqəti mühafizə olunan cərimə meydançasına yerləşdirilib. Pepperoni pizza
Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.
Telegram kanalımız