16 Avqust - 05:20
“Rus gəmisinin Türkiyədə saxlanılması xəbəri yalandır“ - XİN

“Rus gəmisinin Türkiyədə saxlanılması xəbəri yalandır“ - XİN

Dünya

06 İyul 2022 14:41 423


“Jibek Jolı” quru yük gəmisi Türkiyədə saxlanılmayıb, Türkiyə hakimiyyəti onunla standart yoxlama prosedurlarını həyata keçirir.

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin direktor müavini Aleksey Zaytsev bildirib.

O deyib: "Bir sıra KİV-lərdə Rusiya bayrağı altında üzən "Jibek Jolı" gəmisinin Türkiyə limanında saxlanılması ilə bağlı dərc olunan yazılara diqqət çəkdik. Bununla bağlı aşağıdakıları bildirmək istərdik: Rusiya səfirliyinin məlumatına görə, gəmi hazırda Türkiyədədir və fitosanitar nəzarət də daxil olmaqla standart prosedurlardan keçir”. 

"Nəticələrə görə, Türkiyə hakimiyyəti limana giriş və ya girişdən imtina ilə bağlı qərar verəcək. Yük gəmisinin saxlanması və ya həbs edilməsindən söhbət gedə bilməz", - deyə Zaytsev əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!