Rus qəzeti Mehdiyevi müdafiə edir: “Bir dənə də olsun...”

saytların hazırlanması

Evə çatdırılma

Rus qəzeti Mehdiyevi müdafiə edir: “Bir dənə də olsun...”

Siyasət

16 Oktyabr 2025 10:54 1673


Ramiz Mehdiyevin həbsindən sonra həm AMEA, həm də prezident administrasiyası daxilində son illərdə onunla əlaqəsi olan digər şəxslərin də həbsi ola bilər.

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın “Kommersant” qəzetinə Cənubi Qafqaz regionu mövzuları ilə məşğul olan diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevə qarşı ittihamlar 2 amildən qaynaqlana bilər: pizza sifarişi

“Birincisi, bu, müəyyən hesablaşmadır, baxmayaraq ki, onun hazırkı iqtidarda xidmətləri çox böyükdür.

İkincisi, Azərbaycana xəyanət ittihamlara indiki Rusiya-Azərbaycan münasibətləri kontekstindən kənarda baxmaq olmaz.

Mənbə əlavə edib: "Bu yaxınlarda Düşənbədə bu münasibətlərin sabitləşməsinə yönəlmiş görüş oldu. Mehdiyevi Rusiyaya işləməkdə ittiham etmək cəhdi Bakıdan Moskvaya qarşı narazılıqların hələ də qaldığına dair siqnal kimi şərh edilə bilər".

Diplomat, həmçinin Ramiz Mehdiyevə qarşı Rusiyaya işləməkdə ittihamları əsassız adlandırıb: "Onun həqiqətən Rusiyanın maraqlarını irəli sürdüyünü təsəvvür etmək olduqca çətindir: onun administrasiya rəhbəri olduğu müddətdə Rusiya ilə bağlı bir dənə də olsun böyük layihə həyata keçirilməyib. Azərbaycan nə KTMT-yə, nə də Aİİ-yə qoşulub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!