Rus şahmatçı bütün yarışlardan kənarlaşdırıldı

saytların hazırlanması

Evə çatdırılma

Rus şahmatçı bütün yarışlardan kənarlaşdırıldı

İdman

21 Mart 2022 17:56 505


Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası rusiyalı şahmatçı Sergey Karyakini 6 ay müddətinə yarışlardan kənarlaşdırıb.

Yenissabah.az xəbər verir ki, bu barədə FİDE-nin mətbuat xidməti məlumat yayıb.

Fevralın 27-də Karjakin Rusiyanın Ukraynada başladığı müharibəni  dəstəkləyərək, açıq məktub dərc etmişdi. Ertəsi gün FİDE rusiyalını siyasi mövqeyini açıq elan etdiyinə görə qınamış, şahmatçıya qarşı intizam işi açmışdı. pizza

“Sergey Karjakin FİDE-nin Etik Kodeksinin 2.2.10-cu maddəsini pozmaqda təqsirli bilinib və altı ay müddətinə yarışlardan kənarlaşdırılıb, ona təşkilatın himayəsi altında keçirilən hər hansı reytinqli şahmat yarışlarında oyunçu kimi iştirak etmək qadağan edilib. Qərar elan edildiyi gündən - 21 mart 2022-ci il tarixindən qüvvəyə minir”, - məlumatda deyilir.

Karjakinin 32 yaşı var və FİDE reytinqində 18-cidir. O, 2015-ci ildə Dünya Kubokunun sahibi olub, sürətli şahmat (2012) və blits (2016) üzrə dünya çempionudur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!