“Rusiya 3-cü dünya müharibəsindən qorxmamalıdır”- Kadırov 

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya 3-cü dünya müharibəsindən qorxmamalıdır”- Kadırov 

Dünya

09 Fevral 2023 16:10 691


“Rusiya 3-cü dünya müharibəsindən qorxmamalı, rus xalqının maraqlarını qorumağa davam etməlidir”. 

Azpost.info xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov bildirib. 

Kadırov bununla Polşayla birbaşa toqquşmadan ehtiyat edən Rusiya Duması Müdafiə Komitəsinin üzvü Viktor Sobolevin bəyanatlarını şərh edib. Sobolevin fikrincə, bu toqquşma qlobal hərbi münaqişəyə gətirib çıxara bilər.  Sezar pizza

“Başa düşə bilmirəm: Üçüncü Dünya müharibəsindən qorxmalıyıq, yoxsa rus xalqının maraqlarını qorumalıyıq? Əgər Sobolevdən başqa kimlərsə əvvəlcədən öz düşüncələrində uduzmağa hazırlaşırsa, qoy, indidən polyaklara təslim olsunlar. Rusiya ordusunun və bütün dövlətin nüfuzunu sarsıdan avropapərəst söhbətlər aparmasınlar”, – Kadırov deyib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!