Rusiya bankları SWIFT-dən çıxarılacaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya bankları SWIFT-dən çıxarılacaq

Dünya

27 Fevral 2022 07:54 499


Beynəlxalq sanksiyalara məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər banklar da SWIFT maliyyə sistemindən çıxarılacaq.

“Report” xəbər verir ki,bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti Qərb liderlərinin şənbə günü axşam (26 fevral) baş tutan danışıqlarından sonra bildirib.

Qeyd olunub ki, ABŞ, Fransa, Kanada, İtaliya, Böyük Britaniya, Avropa Komissiyası və Almaniya Ukraynada rus qoşunlarının davam edən hücumlarına cavab olaraq Rusiyaya qarşı əlavə sərt maliyyə sanksiyaları tətbiq etmək qərarına gəliblər: pizza

“Artıq beynəlxalq ictimaiyyətin sanksiyalarına məruz qalmış bütün Rusiya bankları və lazım gələrsə, digər Rusiya bankları SWIFT beynəlxalq ödəniş sistemindən kənarlaşdırılacaq. Bu, həmin qurumları beynəlxalq maliyyə axınlarından təcrid etmək məqsədi daşıyır ki, bu da onların qlobal fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdıracaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!