Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq

Dünya

31 Mart 2023 19:43 835


Aprelin 5-dən Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

Bildirilib ki, Ermənistanda süd məhsullarının istehsal edildiyi müəssisələrdə aparılmış yoxlamaların qeyri-qənaətbəxş nəticələri nəzərə alınaraq, “Rosselxoznadzor” Ermənistanın Baytarlıq Xidmətinə aprelin 5-dən etibarən ölkədəki bütün müəssisələrdən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib. Marqarita pizza

“Rosselxoznadzor”un bəyanatında qeyd edilib ki, tədarükün bərpası Ermənistan tərəfinin aşkar edilmiş pozuntuların aradan qaldırılması üçün apardığı işlərin nəticələrindən asılı olacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!