Rusiya Finlandiya ilə əməkdaşlığa xitam verildiyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Finlandiya ilə əməkdaşlığa xitam verildiyini açıqladı

Dünya

28 Oktyabr 2023 00:38 825


Rusiya Xarici İşlər Nazirliyi 2024-cü il yanvarın 24-dən Finlandiya ilə transsərhəd əməkdaşlığa dair sazişə xitam verildiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, müvafiq diplomatik nota oktyabrın 25-də Finlandiyanın səfiri Antti Helanterə təqdim edilib.

“Oktyabrın 25-də Finlandiyanın Rusiyadakı səfiri Antti Helanter Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə bəndinə uyğun olaraq qeyd edilən diplomatik nota təqdim olunub. Müqavilənin 14-cü maddəsinə uyğun olaraq, o, 90 gün ərzində, yəni 2024-cü ilin yanvarın 24-də ləğv ediləcək”, – bəyanatda deyilir. Sezar pizza

Məlumata görə, saziş Finlandiyanın Rusiyaya qarşı hərəkətlərinə, o cümlədən ticari-iqtisadi və regionlararası əlaqələrin kəsilməsinə, habelə ruslara qarşı milli mənşəyə görə ayrı-seçkiliyə cavab olaraq ləğv edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!