Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Rusiya İran məhsullarının idxalına qadağa qoydu
03 Dek 2021 16:00
521

Rusiya İran məhsullarının idxalına qadağa qoydu

Rusiya İrandan bəzi kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub

Yenisabah.az "Entekhab“a istinadla xəbər verir ki, bu barədə İranın Milli Kənd Təsərrüfatı Məhsulları Birliyinin rəhbəri Seyyid Rza Nurani məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya Federasiyasındakı Dağıstan gömrük idarəsi məktubla İrandan bibər idxalının qadağan edildiyini bildirib.

"Əsas kimi sanitar normaların pozulması gətirilir. Rusiya pestisidlərə dair sertifikatın yoxluğuna istinad edərək İrandan gətirilən bibəri geri qaytarıb. Amma rus dilində yazılan və fars dilinə tərcümə edilən bu məktubda məqsəd o qədər də aydın deyil. Məktubun bir yerində "bibər" sözü işlənib. Daha sonra "kənd təsərrüfatı məhsulları" yazılıb”, - deyə birlik rəhbəri qeyd edib.

İranın mühafizəkar "Mashreghnews" saytı bu mövzu ilə bağlı yazıb: "Rusiyanın son hərəkəti ilə İranda yüzlərlə istixana sahibi yoxsullaşıb. Çünki Rusiya bazarının tələbi və rus tacirlərinin sifarişi ilə son aylarda ölkədəki bir çox istixana sahibləri bolqar bibəri istehsal edir. 

Müqaviləyə əsasən, bu məhsullar bu ay Rusiyaya ixrac edilməli idi, lakin Rusiya gömrüyünün qəfil qərarı ilə İrandan  kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulub.

İranlı iş adamlarının fikrincə, bu, yəqin ki, son addım olmayacaq və İran və Rusiya arasında ticarəti məhdudlaşdırmaq üçün Rusiyadakı sionist lobbisi bundan sonra da daha bir neçə tədbir görəcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər