Rusiya ordusu nüvə silahlarının təlimini keçirir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusu nüvə silahlarının təlimini keçirir

Dünya

26 Oktyabr 2022 16:17 892


Rusiya Silahlı Qüvvələri nüvə silahlarının təlimini keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.

Rusiya KİV-in yaydığı məlumata görə, quru, dəniz və hava strateji çəkindirmə qüvvələrinin təlimi Rusiya Prezidenti Vladimir Putinin rəhbərliyi altında keçirilir. Dördpendirli pizza

Təlimə qanadlı raketləri buraxan uzaqmənzilli "Tu-95MS" təyyarələri də cəlb olunub.

Hərbi komandanlıq və idarəetmə orqanlarının hazırlığı, rəhbər və əməliyyat heyətinin qoşunların idarə olunmasının təşkili üzrə bacarıqları yoxlanılıb. Məlumata görə, Plesetskdən “Yars”, Barents dənizindən “Sineva” ballistik raketi, Kamçatkadakı “Kür” polqonundan qitələrarası ballistik raket buraxılıb.

Xatırladaq ki, S.Şoyqu və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bundan əvvəl ölkələrinin özünümüdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə etmək ehtimalını açıqlayıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!