Rusiya ordusunun keçmiş qvardiya komandiri həbs edildi 

saytların hazırlanması

Evə çatdırılma

Rusiya ordusunun keçmiş qvardiya komandiri həbs edildi 

Dünya

21 May 2024 17:17 506


235-ci qarnizon hərbi məhkəməsi dələduzluqda şübhəli bilinən Rusiya ordusunun 58-ci qvardiyasının keçmiş komandiri İvan Popovu həbs edib. 

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar istintaqın tələbi əsasında qəbul edilib. Hərbçiyə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (“Dələduzluq”) ilə cinayət işi başlanıb. O, xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə oğurluqda ittiham olunur.  pizza sifarişi

Son bir ayda Rusiya müdafiə nazirinin müavini Timur İvanov və hərbi idarənin kadrlar şöbəsinin rəisi Yuri Kuznetsov həbs edilib. Hər iki şəxs vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!