Rusiya Qafanda konsulluq açmaqla nə demək istəyir?

Rusiya Qafanda konsulluq açmaqla nə demək istəyir?

Rəsmi Veb saytların hazırlanması

03 Noyabr 2023 15:41 2003


Bütün ölkələrin mesajı eynidir - Sünikdə təmsil olunmaq.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan bildirib.

O, "Sünikdə vilayətində konsulluq açmaq istəyən Rusiyanın mesajı nədir" sualına cavab verərkən deyib:

“Ölkələr sosial, iqtisadi və siyasi maraqları və s. nəzərə alınaraq, konsulluqlar açır. İranla bağlı vəziyyət eynidir, Fransa da bunu bəyan edib. Düşünürəm ki, başqa ölkələrdən də bölgəyə diqqət artacaq”.

Ovannisyana qeyd edib: “Qafanda konsulluğun açılmasında həm də siyasi komponent var. Amma burada söhbət mərkəzləşdirilməmiş əməkdaşlıqdan, iqtisadi maraqlardan, mümkün müvafiq enerji və nəqliyyat layihələrindən gedir. Siyasi komponent ondan ibarətdir ki, bu regiona maraq var və bütün bundan irəli gələn nəticələr”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!