Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Rusiya Qarabağda yenidən hərbi gərginlik yarada bilər - Politoloq
20 Okt 2021 09:10
1274

Rusiya Qarabağda yenidən hərbi gərginlik yarada bilər - Politoloq

“Qarabağda hərbi gərginliyin qalması və ya artması bir məqsədə xidmət edir. Bununla dünyaya göstərirlər ki, rus sülhməramlıları orada lazımdır. Yəni rus sülhməramlıları olmasa azərbaycanlılar və ermənilər bir-birini qırar, müharibə başlayar. Demək istəyirlər ki, rus sülhməramlıları Qarabağda sülhün rəhnidir. Bu, onların mövqeyidir. Qarabağda gərginlik yarandıqda, “bu kimə lazımdır”,- sualına cavab tapmaq vacibdir. Əgər Qarabağda tələfatlar, gərginliyin artması müşahidə edilirsə, bunun tərcüməsi nədir?”.

Bu fikirləri politoloq Zərdüşt Əlizadə rus sülhməramlı kontingentinin nəzarətində olan ərazidə separatçı ermənilərin terror-təxribat hərəkətlərindən danışarkən Reyting.az-a deyib.

Z. Əlizadə diqqətə çardırıb ki, o, həm də tərcüməçidir və tarixin bəlli anlarında bu işlə ən yüksək səviyyədə məşğul olub:

“Mən, Qarabağdakı gərginliyin kimə lazım olduğuna dair sualı sadə dildə tərcümə edirəm: bunun mənası odur ki, rus sülhməramlıları bölgədə lazımdır və qalmalıdır. Mən bəri başdan deyirəm, Azərbaycan tərəfi üç il yarımdan sonra ruslara “Sən allah qal”, - deməsə, onlar bu gərginliyi saxlayacaqlar. Müharibə təhlükəsindən tutmuş erməni əhalisinin təhlükəsizliyinə xətələ qədər amillər işlənəcək. Ta ona qədər ki, növbəti beş il üçün mandat alsınlar. O vaxta qədər çalışacaqlar ki, Azərbaycan və Ermənistan arasında danışıqlar getsin və bu danışıqlarda heç bir nəticə əldə edilməsin. Eləcədə Ermənistanla Türkiyə arasında danışıqlar olsun, amma müsbət nəticə əldə edilməsin”.

Politoloqun fikrincə, indi həlledici məqam onunla əlaqəli olardı ki, Azərbaycan, Türkiyə və Ermənistan diplomatiyası Rusiyanın bu oyunu şəraitində qarşılıqlı razılaşma əldə edə bilsin: “Əsas məqam budur. Əgər rusların oyununa rəğmən belə bir razılaşma əldə edə bilsələr, buna “Əhsən!” demək olar. Yox, əgər razılaşma alınmasa, deməli, köhnə oyun davam edəcək. 1990-cı ildən 2020-ci ilin sentyabrına qədər Rusiya bu oyunu davam etdirir. Sonra format dəyişildi, Türkiyə bölgəyə gəldi və müharibə şəraitində dəyişiklik olsa da, ümumi nəzarət mexnizmini rusların əlindədir. Bu, bütün hallarda Rusiyanın oyunudur. Biz bu oyunu anlayaraq erməniləri hədələmək, müharibə ilə qorxutmağımızla Rusiyanı qabağa sala bilərik. Eləcədə Ermənistan.

Bu yaxınlarda Georg Vanyan rəhmətə getdi. Baxın, erməni cəmiyyətində bu itkidən geniş təsirlənmə oldumu? Əsla olmadı. Heç erməni cəmiyyətində bilən olmadı ki, bu şəxs öz xalqının dostu, sədaqətli oğlu idi. Xalqına xoş gələcək istəyir və bu səbəbdən də illərlə deyirdi ki, Azərbaycanla barışın, anlaşın. Amma onu erməni cəmiyyətində anlayan olmadı. Əvəzində nə oldu?

Video-çarxlara baxıram. Ermənistanda küçədə adamlardan soruşurlar ki, Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək lazımdırmı? Dərhal “Yox!” cavabı verirlər. Deyirlər ki, razı deyilik. Guya bunların razı olub-olmamasından nələrsə asılıdır. Bax, cür oyun gedir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər