Rusiya qoşunları Xerson və Zaporojyedə mövqelərini möhkəmləndirir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya qoşunları Xerson və Zaporojyedə mövqelərini möhkəmləndirir

Dünya

02 Oktyabr 2022 09:49 775


Liman yaxınlığındakı məğlubiyyət onu göstərir ki, ərazidəki Rusiya komandirlərinə rəhbərlik etdiyi bildirilən Prezident Vladimir Putin Ukraynanın cənubunda işğal olunmuş ərazilərin saxlanması lehinə Luqansk vilayətinin müdafiəsini prioritetlər sırasından çıxarır.

Yenisabah.az xəbər verir ki, bu qənaətə Müharibə Araşdırmaları İnstitutunun (MAİ) analitikləri gəlib.

Ukrayna və Rusiya mənbələri son vaxtlar Xarkov-İzyum cəbhəsinin dağılmasına, hətta Liman ətrafındakı Rusiya müdafiəsinin çökməsinə baxmayaraq, Rusiya qoşunlarının Xerson və Zaporojye vilayətlərində mövqelərini möhkəmləndirməkdə davam etdiyini bildirir. Dördpendirli pizza

MAİ ekspertləri qeyd ediblər ki, Kupyansk və Liman ətrafındakı müdafiəsiz cəbhə xəttini möhkəmləndirməmək qərarı böyük ehtimalla hərbi komandanlığın deyil, Putinin qərarıdır:

“Bu onu deməyə əsas verir ki, Putin Luqansk vilayətindən daha çox Xerson və Zaporojye vilayətlərinin strateji ərazilərinin saxlanmasına önəm verir”.

Analitiklərin fikrincə, Kreml Çeçenistan rəhbəri Ramzan Kadırov və “Vaqner”in Özəl Hərbi Şirkətinin (ÖHŞ) təsisçisi Yevgeni Priqojinin generalları tənqid etməsi fonunda Rusiya Müdafiə Nazirliyində kadr dəyişikliyi üçün informasiya zəminini hazırlaya bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!