“Rusiya səfirini və jurnalistləri Amerikadan qovun“ - ABŞ nəşri

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya səfirini və jurnalistləri Amerikadan qovun“ - ABŞ nəşri

Dünya

31 Mart 2023 14:29 740


Amerikanın “The Wall Street Journal” qəzeti Rusiyadakı müxbiri Evan Gerşkoviçin casusluq ittihamı ilə həbsindən sonra Ağ Evə çağırış edib.

Yenisabah.az xəbər verir ki, sözügedən nəşr ABŞ hakimiyyətini Rusiya səfirinin və ölkədə çalışan bütün rusiyalı jurnalistlərin qovulması kimi cavab tədbirləri görməyi xahiş edib.

Redaksiya heyəti bildirib: “Bayden administrasiyası diplomatik və siyasi eskalasiyanı nəzərdən keçirməli olacaq. Rusiyanın ABŞ-dakı səfirinin, eləcə də burada çalışan bütün rusiyalı jurnalistlərin ölkədən çıxarılması ümid edə biləcəyiniz minimumdur”. Pepperoni pizza

Qəzet redaktorlarının fikrincə, jurnalistin həbsi “ABŞ-ın öz vətəndaşlarına qarşı hücumların qarşısını almaq imkanlarının azaldığını” göstərir. Eyni zamanda, eyni məqalədə "Wall Street Journal" prezident Co Bayden administrasiyasına Gerşkoviçin həbsini pislədiyinə görə təşəkkür edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!