Rusiya tələbələri də müharibəyə göndərir

saytların hazırlanması

Evə çatdırılma

Rusiya tələbələri də müharibəyə göndərir

Dünya

25 Sentyabr 2022 16:32 982


Rusiyadakı özəl universitetlərin tələbələri qismən səfərbərliyə çağırıla bilər. 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi məlumat yayıb.

“Hazırda Təhsil Nazirliyi yuxarı orqanlarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparır. Hələlik prezidentin sərəncamında deyilir ki, yalnız dövlət təhsil müəssisələrinin tələbələrinin hərbi xidmətə çağırışdan möhləti var”, - deyə məlumatda bildirilib. Pepperoni pizza

Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!