"Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayev bu günlərdə Bakıdadır".
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O, həmçinin xatırladıb ki, Xovayev noyabrın 14-də İrəvanda olub və orada Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb: “İndi o, Azərbaycan tərəfi ilə görüşmək üçün Bakıdadır. Bu təmaslar zamanı sülh müqaviləsi problemləri də müzakirə olunur". pizza mizza
Sülh müqaviləsi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, M.Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı digər məsələlər kimi, sülh müqaviləsinin predmeti də çox çətin, həssas xarakter daşıyır: “Biz bunu məqsədəuyğun hesab etmirik. konkret razılıq əldə etməzdən əvvəl tərəflərin mövqelərini şərh etmək qəbuledilməzdir”.
Telegram kanalımız