Rusiya-Türkiyə qaz anlaşması: Kommersiya sirləri açıqlanmır

saytların hazırlanması

Evə çatdırılma

Rusiya-Türkiyə qaz anlaşması: Kommersiya sirləri açıqlanmır

Dünya

13 Mart 2023 11:58 641


Türkiyə Rusiya ilə qaz müqavilələrinin kommersiya detallarını açıqlamayıb.

Yenisabah.az “RIA Novosti”yə istinadla xəbər verir ki, mənbə Moskvanın tədarük baxımından Ankaranın etibarlı tərəfdaş qaldığını vurğulayıb.

Türkiyənin qaz tələbatının təxminən 44%-ni Rusiya təmin edir. Təchizatların bir hissəsi rublla ödənilir. Bundan əvvəl ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez mavi yanacağın qiyməti ilə bağlı danışıqların aparıldığını açıqlamışdı. Marqarita pizza

“Bloomberg” ötən ilin oktyabrında bildirmişdi ki, Türkiyə yüksək enerji qiymətlərinin iqtisadi zərərini azaltmaq üçün təbii qaz ödənişlərinin bir hissəsini 2024-cü ilə qədər təxirə salmağı xahiş edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!