Rusiya - Ukrayna müharibəsində 15 erməni ölüb

saytların hazırlanması

Evə çatdırılma

Rusiya - Ukrayna müharibəsində 15 erməni ölüb

Dünya

21 Mart 2022 17:35 1421


Ukrayna hadisələri nəticəsində ölənlər arasında 15 erməni də var. Onlardan 10-u mülki şəxs, 5-i isə hərbçidir.

Yenisabah.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a Ukrayna Erməniləri İttifaqının sədr müavini David Mkrtçyan bilşdirib.

“Müharibədən əvvəl Ukraynada ermənilərin sayı 350 min nəfərə çatırdı ki, onlardan 50 mini Kiyevdə yaşayırdı”.

Mkrtçyan qeyd edib ki, nə qədər erməninin Ukraynanı tərk etməsi barədə məlumatı yoxdur, lakin o, ən azı yarısının ölkədən getdiyini güman edir.

Onun sözlərinə görə, Ukraynadakı erməni icmasının vəziyyəti ümumilikdə pis deyil, ölkənin qərbində vəziyyət daha sakitdir. Şərqdə və mərkəzi hissədə qalanların mövqeyi başqa yerlərdə olduğu kimidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!