Rusiya Ukraynada 200 min hərbçi itirib - Britaniya kəşfiyyatı

saytların hazırlanması

Evə çatdırılma

Rusiya Ukraynada 200 min hərbçi itirib - Britaniya kəşfiyyatı

Dünya

17 Fevral 2023 13:21 783


Rusiya Silahlı Qüvvələrinin sıralarda Ukrayna kampaniyası başlayandan bəri ölən və yaralananların sayı yüksəkdir. 

Yenisabah.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının (SIS) gündəlik bülletenində qeyd olunub. 

SIS əlavə edib ki, Rusiya Müdafiə Nazirliyi və özəl hərbi şirkətlər Ukraynanın işğalı başlayandan bəri 175-200 min arasında itki verib. Qurumdan bildirilib ki, Rusiyada itki nisbəti 2022-ci ilin sentyabrından, yəni “qismən səfərbərliyin” tətbiq olunduğu vaxtdan bəri əhəmiyyətli dərəcədə artıb.  Pepperoni pizza

“Müasir standartlara görə, bu rəqəmlər ölən və yaralananların yüksək nisbətini əks etdirir. Bu isə demək olar ki, Rusiya Silahlı Qüvvələrinin əksəriyyətinin son dərəcə primitiv tibbi dəstəyi ilə bağlıdır”, - SIS vurğulayıb. 

Məlumata görə, artilleriya Rusiyanın daha çox itkisinə səbəb olub: 

“Xüsusən, Putinin aşpazı Priqojinin “Vagner” qruplaşması çox sayda məhbusu ordu sıralarına cəlb edib. Ehtimal olunur ki, onların 50%-ə qədər itkisi var”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!