“Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək”

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək”

Dünya

24 İyun 2023 13:52 689


Rusiya Ukraynaya qarşı taktiki nüvə silahından istifadə edəcək. Çox güman ki, bu, Ukrayna silahlı qüvvələri Krıma daxil olanda baş verəcək. 

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili “Ukrainskaya pravda”ya deyib.

“Düşünürəm ki, Putin son aylarda gördüyü hər şeylə “qırmızı düymə”ni basmağa hazırlaşır. Bəzilərinin Ukraynanın hücumuna şübhə ilə yanaşmasına baxmayaraq, Moskva dəqiq bilir ki, Ukrayna silahlı qüvvələrinin hazırkı imkanları ilə onlar 100 kilometr eni olan Azov dəhlizini saxlaya bilməzlər və gec-tez müdafiə pozulacaq”, - Saakaşvili deyib. Toyuqlu pizza

Onun fikrincə, Ukrayna silahlı qüvvələri Krım körpüsünü ləğv edib yarımadanın girişində dayananda Rusiya ordusu uğursuzluğa düçar olacaq və Kremldə rejim dağılmağa başlayacaq.

“Və bunun qarşısını almaq üçün Putin Kiyevin mərkəzindəki qərar qəbuletmə mərkəzinə taktiki nüvə silahı ilə zərbə endirəcək. Çox güman ki, o vaxta qədər Belarusda Moskvanı müttəfiqini qorumaq üçün hərəkətə keçməyə sövq edəcək təxribatlar olacaq”. (Publika.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!