“Rusiya və Türkiyə liderləri qaz kəmərinin mühafizəsi haqda düşünür“ - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Rusiya və Türkiyə liderləri qaz kəmərinin mühafizəsi haqda düşünür“ - Peskov

Dünya

24 Noyabr 2022 15:13 671


Rusiya və Türkiyə “Cənub axını” qaz kəmərinin antiterror müdafiəsini gücləndirmək imkanını nəzərdən keçirir.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

O, Rusiya Federasiyası FSB-nin əvvəlcədən elan etdiyi kimi, qaz kəmərində terror aktının qarşısının alınması mövzusunu xatırladıb: "Rusiya və Türkiyə liderləri bunu nəzərdən keçirirlər. Belə bir ehtiyac var, çünki potensial təhlükə var. Kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropaya enerji nəqlinin həyata keçirildiyi “Cənub axını” qaz kəmərində təxribat və terror aktı törətmək cəhdinin qarşısı alınıb”.  pizza mizza

FSB (FTX) "terror aktının hazırlanmasında və resurs təminatında iştirak edən" Rusiya vətəndaşlarının saxlanıldığını bildirib. Saxlanılanların kimliyi və əməliyyatın digər təfərrüatları açıqlamayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!