Rusiyada 9-cu sinif şagirdi terror aktı hazırladığı üçün həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Rusiyada 9-cu sinif şagirdi terror aktı hazırladığı üçün həbs edildi

Dünya

26 Fevral 2023 08:52 611


Hərbi Komissarlıqda yanğın törətməyi planlaşdıran məktəbli Tümen vilayətinin Tobolsk şəhər məhkəməsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə regional ədliyyə orqanının mətbuat xidməti fevralın 25-də məlumat verib.

“Tobolsk şəhər məhkəməsi 15 yaşlı məktəbli barəsində həbs-qətimkan tədbiri seçib. O, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 205-ci maddəsinin 2-ci hissəsi üzrə terror aktı hazırlamaqda ittiham olunur. 9-cu sinif şagirdi Tobolsk şəhəri və Tobolsk vilayətinin hərbi komissarlığında yanğın törətməyi planlaşdırıb”, - deyə dərc olunmuş məlumatda deyilir. pizza hut

Mətbuat xidməti şağırdin aprelin 22-dək həbsdə qalacağına aydınlıq gətirib.

Bildirilir ki, istintaqın məlumatına görə, fevralın 23-də yeniyetmə içərisində “Molotov kokteyli” olan şüşə və alışqan götürərək, hərbi komissarlığa tərəf gedib. Lakin o, yolda Federal Təhlükəsizlik Xidməti (FSB) əməkdaşları tərəfindən saxlanılıb.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!