Rusiyada avtoritetlərin toplantısı dağıdıldı - 48 azərbaycanlı saxlanıldı

Rusiyada avtoritetlərin toplantısı dağıdıldı - 48 azərbaycanlı saxlanıldı

Kriminal

07 Fevral 2023 12:37 1021


Rusiyanın Mıtişi şəhərində kriminal avtoritetlərin toplantısı dağıdılıb. “Qranada” restoranında keçirilən əməliyyat zamanı 52 nəfər saxlanılıb. Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib. 

Yenisabah.az xəbər verir ki, “Ren” TV-nin məlumatına görə, saxlanılan şəxslərdən odlu silahlar müsadirə olunub. 

Saxlanılanlar arasında Azərbaycandan 48, Dağıstandan 2, Tacikistan və Ermənistandan 1 nəfər olduğu bildirilib. 

Əməliyyatda hüquq-mühafizə orqanlarının 100-ə yaxın əməkdaşı iştirak edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!